Ucar rayonunda “Strongmen” idman növü üzrə ölkə çempionatında və U-17 yeniyetmə və gənclər arasında keçirilən sərbəst güləş üzrə Azərbaycan çempionatında iştirak edən və yüksək nəticə qazanan rayonumuzun idmançıları ilə görüş keçirildi.
21 aprel 2022-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və Ucar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Strongmen” idman növü üzrə ölkə çempionatında və U-17 yeniyetmə və gənclər arasında keçirilən sərbəst güləş üzrə Azərbaycan çempionatında iştirak edən və yüksək nəticə qazanan rayonumuzun idmançıları ilə görüş keçirildi.
Görüşdə çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov idmançıları təbrik etmiş, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləvililiyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.
08-10 aprel 2022-ci il tarixlərdə Bakı şəhərində “Strongmen” idman növü üzrə ölkə çempionatında iştirak edən idmançılarımız 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışlar. Həmçinin 19 aprel 2022-ci il tarixdə Bakı şəhərində U-17 yeniyetmə və gənclər arasında keçirilən sərbəst güləş üzrə Azərbaycan çempionatında iştirak edən 1 idmançımız bürünc medal qazanmışdır.
Rayonumuzdan yüksək nəticə qazanan idmançılara Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və mükafatlar təqdim olundu.