Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda iftar süfrəsi təşkil olunub

22 aprel 2022 | 16:00

Aygün şadlıq sarayında təşkil olunan tədbirdə Ucar Rayonu İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Ucar Rayon təşkilatının sədri, Rayon Ağsaqqallar Şurasının sədri, din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri, Vətən müharibəsi iştirakçıları, qaziləri və rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ucar Rayonu İcra Hakimiyyətini Başçısı Mənsur Məmmədov tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, ordumuzun qazandığı şanlı qələbədən danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini xüsusi qeyd edib.

Rayon rəhbəri Vətənə layiqli oğullar yetişdirdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağını, onların əziz xatirəsinin yaddaşımızda yaşayacağını vurğulayıb. Dövlət tərəfindən şəhid ailələrinə, o cümlədən müharibə əlillərinə böyük diqqət və qayğı göstərildiyini bildirib.

Sonra ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, Ramazan ayının əhəmiyyətindən danışıb.

Tədbirdə Qurandan surələr və dualar oxundu. İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət edildi. Bu ayın insanlar arasında birliyin, bərabərliyin, mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olundu.

Tədbirdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər