Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhərində taekvondo idman növü üzrə rayon birinciliyi keçirildi

30 oktyabr 2014 | 16:00

29 oktyabr 2014-cü il tarixdə Ucar şəhər 3 nömrəli tam orta məktəbin idman zalında taekvondo idman növü üzrə rayon birinciliyi keçirildi.

Tədbirin açılış mərasimində rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov, rayon İcra Hakimiyyəti başçısının müavini – Aqrar məsələlər şöbəsinin müdiri Nurməmməd Tağıyev iştirak etdilər və belə bir yarışın keçirilməsi münasibətilə iştirakçıları təbrik etdilər.

Yarışlar 14 çəki qrupunda keçirildi və turnirdə 51 yeniyetmə idmançı qüvvəsini sınadı.

Sonda qaliblər Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olundular.

Keçidlər