Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 12 noyabr "Konstitusiya Günü" münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi

12 noyabr 2014 | 16:00

    Konstitusiya günü münasibətilə Ucar rayonunda  “Azərbaycan Respublikasının Konstitusiyası  respublikamızın  demokratik və sivil yolla inkişafının əsas təminatçısıdır” mövzusunda  Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirildi.

     Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin  xatirəsini ziyarət ediblər. Dəyirmi masada  ölkəmizin müstəqillik illərində bütün sahələrdə qazandığı uğurlardan, həyata keçirilən islahatların səmərəli nəticələrindən söz açılıb.

      Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov bildirib ki, çox əsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi-referendium yolu ilə  öz konstitusiyasını qəbul edib. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu  ilk milli konstitusiya tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında  əvəzsiz xidmətlərindən biridir.  Məhz əsas qanunumuz respublikamızın demokratik və sivil yolla inkişafının  əsas təminatçısına çevrilib. Tədbirdə çıxış edən digər natiqlər  vurğulayıblar ki, konstitusiyada  insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi  mütərəqqi haldır.  Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev də milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlayıb.

     Məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının  daha etibarlı təminatına yönəlmiş yeni  qanun və qərarların  qəbul olunması bu qayğının təzahürüdür. Dəyirmi masada “Azərbaycan Konstitusiyası və Heydər Əliyev”, “Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı” və digər mövzularda məruzələr oxunub.

Keçidlər