Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirildi
21 noyabr 2014-cü ildə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Ucar rayon şöbəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirildi.
Rayon təşkilatının fəalları əvvəlcə Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Şəhla abdullayeva açaraq partiyanın keçdiyi şərəfli yol barədə məlumat verdi. Ucar rayonu İcra Hakimiyyətinin Başçısı cənab Yaşar Məmmədov, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev, rayon İcra Hakimiyyəti Başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Şərifov, Yuxarı Şilyan kəndində sahibkar Nazir Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatına üzv olanların hər birini partiyanın ildönümü münasibətilə təbrik etdilər və onlara bu yolda uğurlar arzuladılar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaranmasında və fəaliyyətində əməyi olan bir qrup rayon təşkilatının üzvünə qiymətli hədiyyələr təqdim olunmuşdur.