Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsinin 25-ci il dönümü münasibətilə Ucar rayon Icra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə “qan yaddaşımız, qürur günümüz” adlı ədəbi bədii kompazisiya təşkil edib.

18 yanvar 2015 | 16:00

     20 yanvar faciəsinin 25-ci il dönümü münasibətilə Ucar rayon Icra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə “qan yaddaşımız, qürur günümüz” adlı ədəbi bədii kompazisiya təşkil edib. Tədbirdə məlumat verilib ki, 25 il əvvəl sovet qoşunlarının Azərbaycanda törətdiyi qırğın xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında təşkil olunan silsilə xatirə gecələrində şəhidlərimizin qəhrəmanlıqları yad olunur, onların ruhlarına dualar oxunur. Sonra rayonun məktəbliləri, mədəniyyət evinin kollektivi xalqımızı mübarizəyə, xoş gələcəyə səsləyən sənəciklər nümayiş etdiriblər. Vətənpərvərlik mahnıları, azadlıq ruhuna köklənən poeziya nümunələri şəhidlərin ölməzliyindən soraq verib. Belə bir fikir vurğulanıb ki, qanlı 20 yanvar faciəsi ölkəmizin azadlıq uğrunda mübarizəsinin ən şanlı səhifələrindən biridir. 1990-cı il yanvar ayının 19 – dan 20-sinə keçən gecə imperiya qoşunları tərəfindən amansızcasına qətlə yetirilən vətən fədailəri azadlıq toxumu kimi Azərbaycan torpağına əkilib. Kompazisiyanın ayrı-ayrı səhnələrində ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan söz açılması tədbir iştirakçılarında xoş hisslər yaratmaqla bərabər vətənpərvərlik hissini daha da gücləndirib. Səhnədə söz və musiqinin yaratdığı vəhdət Azərbaycanın xoş gələcəyinin rəmzinə çevrilib.

Keçidlər