Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov Ucar rayon Gənclərini təbrik etdi

02 fevral 2015 | 16:00

          2 fevral gənclər günü münasibəti ilə Ucar rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının Ucar rayon Təşkilatı ilə birgə Heydər Əliyev Mərkəzində rayon gəncləri ilə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin heykəli önünə gül dəstələri düzüblər. Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva məlumat verib ki, əhalinin 30 faizə yaxınını 14-29 yaşadək gənclər təşkil edir. Ölkənin bütün bölgələrində olduğu kimi Ucarda da yeni nəslin fiziki və mənəvi inkişafına lazımi diqqət və qayğı göstərilir. Onların sosial problemlərinin həlli məşğulluqlarının təminatı diqqət mərkəzində saxlanılır. Gənclər və İdman idarəsi tərəfindən gənc və yeniyetmələrin intelektual səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili, hüquqlarının qorunması, istedadlarının üzə çıxarılması və istiqamətləndirilməisi mütəmadi tədbirlər görülür. Bu əlamətdar gün münasibəti ilə gəncləri təbrik edən Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla həyata keçirilən gənclər siyasəti indiki nəslin qarşəsında yeni-yeni üfüqlər açır. Rayon rəhbəri ölkə prezidentinin sərəncamə ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası“nın əhəmiyyətini xüsusi qeyd edib. Toplantıda çıxış edən yeni nəslin nümayəndələri onlara bəslənən ümidləri və ehtimadı doğruldacaqlarının söyləyiblər. Sonda bir qrup fəal gəncə qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər