Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ildə Ucar rayonunda sosial-iqtisadi sahədə görülmüş işlər və 2015-ci ildə qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin Başçısı Cənab Mənsur Məmmədovun hesabatı

12 fevral 2015 | 16:00

         Ucar rayonunda 2014-cü ilin sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağından öncə Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub. Rayonun bütün sahələrdə yüksəlişini əks etdirən diaqramlarla və foto şəkillərlə Heydər Əliyev Mərkəzində tanışlıq olub.              

          Ucar rayon İcra Hakimiyyətinin başçısı cənab Mənsur Məmmədov hesabat məruzəsində bildirib ki, ötən il sosial ləyihələrin icrası, quruculuq abadlıq işləri davam etdirilib. Ümumi məhsul buraxılışı 3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 15.6 faiz artıb, 680-daimi iş yeri yaradılıb. Hesabat dövründə sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə 7604-nəfər fiziki və hüquqi şəxsə 15 milyon manatdan çox kredit verilib. Ucar Su Kanal idarəsinin, rayon Kənd Təsərrüfatı idarəsinin inzibati binalarının, 9-saylı Ərazi Vergilər idarəsinin xidmət mərkəzinin, Gənclər evinin tikintisində işlər sürətlə aparılıb. Heydər Əliyev prospektində və Oğuz küçələrində dekorativ hasarlar çəkilib, binaların fasad hissələri və dam örtüyü yenidən qurulub. Qazıqumlaq kəndi ərazisində quş əti emalı müəssisəsi istifadəyə verilib, quş yetişdirmə fabrikinin tikintisi davam etdirilir. Hesabat ilində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün polietilen borularla 57 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatdırılıb. Hazırda rayonun Rəstəcə kəndində tutumu 3000 kubmetr olan bir ədəd su anbarı inşa olunur. Ucar şəhərində 114 km şəhər daxili su şəbəkəsinin 109 km-lik hissəsində işlər yekunlaşıb, 4608 evə birləşmə verilib. Bağırbəyli, Quləbənd, Alpı və Qarabörk kəndlərinin qazlaşdırılması üçün tədbirlər görülüb. 2014-cü ildə təhsil və səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi diqqət mərkəzində olub. Belə ki, Ramal, Müsülü kəndlərində müasir məktəb binaları tikilib. Heydər Əliyev Fondunun vəsaiti hesabına Qazıqumlaq kənd 2 saylı tam orta məktəbi əsaslı şəkildə təmir edilib. Eyni zamanda Heydər Əliyev Fondunun vəsaiti ilə tikilən 118 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında inşaat işləri yekunlaşıb. Rayon rəhbəri qarşıda duran vəzifələrdən də danışıb. Hesabat yığıncağında millət vəkilləri Jalə Əliyeva, Elton Məmmədov və Prezident Adminstrasiyasının məsul əməkdaşı Niyaz Əliyev ölkəmizin bütün sahələrdə qazandığı uğurlardan, həyata keçirilən islahatların səmərəli nəticələrindən danışıblar. 

          Hesabatın sonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə 12 fevral 2015-ci il tarixdə "2014-cü ildə Ucar rayonunda sosial-iqtisadi sahədə görülmüş işlər və 2015-ci ildə  qarşıda  duran vəzifələr barədə" rayon İcra Hakimiyyəti Başçısının hesabatı ilə əlaqədar çağırılmış yığıncağın iştirakçıları tərəfindən qəbul olunmuş Müraciət qəbul olunmuş və müraciət Ucar rayonu İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya Təminatı və Təhlil sektorunun müdiri Rövşən Eldarbəyli tərəfindən oxunmuşdur.

Keçidlər