Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov rayonda yaşayan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirmişdir

19 fevral 2015 | 16:00

19 fevral 2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin iclas zalında rayonun Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilmişdir.
     Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov görüş iştirakçılarını salamlayaraq ölkəmizdə şəhid ailələrinə və Qarabağ əlillərinə dövlət tərəfindən göstərilən qayğıdan danışdı. Qeyd etdi ki, son dövrlərdə respublikamızın hər yerində olduğu kimi Ucar rayonunda da bu sahədə bir sıra işlər görülmüş, qeyd olunan ailələr üçün 1 ədəd 32 mənzilli, 1 ədəd 16 mənzilli yaşayış binaları, 7 ədəd fərdi yaşayış evləri tikilib istifadəyə verilmiş, hazırda bu məqsədlə rayon mərkəzində və kəndlərdə 6 ədəd fərdi yaşayış evi tikilməkdədir.
     Şəhid ailələri və Qarabağ əlillərinə qayğı göstərilməsi və onların problemlərinə diqqətlə yanaşılması bütün icra strukturlarının borcudur və biz bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik.
      Tədbirdə çıxış edən  Qarabağ əlilləri və  şəhid ailələrinin üzvləri dövlət tərəfindən göstərilən qayğıdan razı olduqlarını, dövlətçilik ətrafında sıx birləşdiklərini bildirdilər.
   Tədbirdə 28 nəfər çıxış edərək öz təkliflərini bildirdilər və yerlərdə olan problemlərdən danışdılar.
Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov tədbirə yekun vuraraq tədbirdə iştirak edən xidmət təşkilatları rəhbərlərinə, məsul şəxslərə tapşırıqlar verdi, qaldırılan bütün məsələlərin diqqətlə araşdırılacağını və müvafiq köməkliklər göstəriləcəyini söylədi.

Keçidlər