Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Elektron Hökumət" üzrə növbəti dəfə ixtisasartırma kursları təşkil olunub

20 fevral 2015 | 16:00

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri 16-20 fevral tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən "Elektron Hökumət" üzrə ixtisasartırma kurslarında mühazirəçi qismində çıxış ediblər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının təşəbbüsü ilə keçirilən kurslarda bir sıra İcra Hakimiyyəti nümayəndələri iştirak ediblər. İştirakçılara “Elektron Hökumət”in infrastrukturu, onun əsas komponentləri, Dövlət Reyestrləri, elektron xidmətlər, elektron imza və elektron sənəd barədə əvvəlcədən müəyyənləşdirilmiş proqram və prezentasiyalar əsasında təlimlər keçirilib.

Portalın hazırda təqdim etdiyi və planlaşdırılan elektron arayışlar, həmçinin portalda yeni yaradılmış funksionallıqlar barədə iştirakçılara ətraflı məlumat verilib. Təlimlərdə iştirakçılara nəzəri biliklər verilməklə yanaşı, həm də ən çox istifadə olunan elektron xidmətlər əyani olaraq nümayiş etdirilib. Təlimlər qarşılıqlı müzakirələr və diskussiya şəklində davam etmişdir və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır

Kursların əsas məqsədi regionlar üzrə İcra Hakimiyyəti nümayəndələrinə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza və sair barədə ətraflı informasiya vermək və praktiki biliklərin aşılanmasıdır.

Sonda hər bir kurs iştirakçısına vətəndaşlar  üçün nəzərdə tutulmuş  elektron imza sertifikatları təqdim edilib.

Ucar rayonu Icra Hakimiyyəti Aparatından da Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi, (kadrlar üzrə işin aparıcısı) Fərid Əli oğlu ismayılov kurslarda iştirak etmişdir.

Keçidlər