Ucar şəhər 4 saylı körpələr evi-uşaq bağçasında “Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
19 fevral 2015-ci il tarixdə Ucar şəhər 4 saylı körpələr evi-uşaq bağçasında “Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə bağçanın metodisti Şərafət Hüseynova açıq elan etdi.
Sonra söz bağçanın uşaqlarına verildi. Mirhəsən Talıbov “Salam Qarabağ” monoloqunu, Zeynəb Əliyeva “O necə dəhşət idi” şeirini söylədi. Xor kollektivinin ifasında əvvəlcə “Çağırır Vətən”, sonra isə “Ana Torpaq” mahnıları səsləndirildi.
Bağçanın uşaqları o gecə Xocalıda baş vermiş dəhşətli faciəni, “Xocalı harayı”nı əks etdirən, “And içirik” adlı səhnəciklər nümayiş etdirdilər. “Qalx ayağa millət” mahnısını ifa etdilər. Uşaqlar “Müharibə olmasın” deyə haray çəkdilər.
Tədbirin sonunda yenə də bağçanın uşaqları “Bu köç hara gedir belə” adlı səhnəcik nümayiş etdirdilər.