Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu "21 fevral Beynəlxalq Ana dili Günü" münasibətilə tədbir keçirilib

20 fevral 2015 | 16:00

Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.

Millətin dilinin dövlət statusuna yüksəldilməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilin zənginliyinin sübutudur.

Bu gün dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummili lider Heydər Əliyevə minnətdar olmalıyıq.

Bu fikirləri Ucar rayonu İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva 20  fevral  2015-ci il  tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə səsləndirmişdir.

Tədbirdə Bakı Slavyan Universitetinin müəllimi Namiq Qafarov iştirak edərək ana dili mövzusunda geniş məruzə etmişdir.

Keçidlər