Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının Gənclər Birliyinin IV Konfransı keçirildi

26 fevral 2015 | 16:00

25 fevral 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının Gənclər Birliyinin IV Konfransı keçirildi.

Hazırda rayon təşkilatında 3804 nəfər YAP üzvünün 1199 nəfərini gənclər təşkil edir. Onların 343 nəfəri kişi, 856 nəfəri qadın olmaqla 544 nəfəri ali, 320 nəfəri orta-ixtisas, 335 nəfəri orta təhsillidir. Gənclərin 547 nəfəri təhsil, 136 nəfəri mədəniyyət, 137 nəfəri səhiyyə, 149 nəfəri idarəetmə orqanlarında, 191 nəfəri digər idarə və müəssisələrdə işləyirlər.
Konfransda 71 ərazi təşkilatından 208 nəfər iştirak edir.
Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədr müavini cənab Elton Məmmədov, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Şirvan zonası üzrə kuratoru cənab Həsən Daşdəmirov iştirak edirdi.

Gündəliyə aşağıdakı məsələlər daxil idi:
1. YAP rayon təşkilatının Gənclər Birliyinin hesabat məruzəsi
2. Təşkilatı məsələlər
a) Rayon Gənclər Birliyinin Şura üzvlərinin yeni tərkibinin seçilməsi
b) Rayon Gənclər Birliyinin İdarə Heyətinin yeni tərkibinin seçilməsi
c) Rayon Gənclər Birliyinin sədr və müavinlərinin seçilməsi
3. YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilməsi

Hesabat məruzəsini Yeni Azərbaycan Partiyası rayon təşkilatının Gənclər Birliyinin sədri Ceyhun Qəhrəmanov etdi. Nuru Piriyev-rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi, Firəngiz Şirinova-Ramal kənd ümumi orta məktəbində müəllimə, Oruc Piriyev-rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini məruzə ətrafında çıxış etdilər.

Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədr müavini cənab Elton Məmmədov çıxış edirlər.

17 nəfərdən ibarət Rayon Gənclər Birliyinin Şura üzvləri 9 nəfərdən ibarət olsun.

İdarə heyəti seçildi. Yenidən Ceyhun Qəhrəmanov YAP rayon təşkilatının Gənclər Birliyinin sədri, Nuru Piriyev  və Oruc Piriyev rayon Gənclər Birliyinin sədr müavinləri seçildilər.

YAP Gənclər Birliyinin respublika konfransına 2 nəfər nümayəndə seçildi.

Partiya sıralarına yeni daxil olan gənclərə partiya vəsiqələri təqdim edildi.

 

Keçidlər