Xocalı Soyqırımının 23-cü ildönümü anıldı
26 fevral 2015-ci il tarixdə Ucar rayonu rayon İcra Hakimiyyətinin akt zalinda Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının, idarə, müəssisə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayonda məskunlaşmış Xocalı ailələrinin üzvlərinin iştirak etdiyi tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Xocalı faciəsi tarixin elə bir səhifəsidir ki, bu səhifə hər bir vaxt oxunacaq, Azərbaycan öz torpaqlarının sahibi olduqdan sonra da əbədi olaraq yad ediləcəkdir.
Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Ucar rayonunda da 17 Xocalı ailələsi olmaqla 51 nəfər məskunlaşmışdır.
Daha sonra şəhidlərin ruhuna dualar oxundu, rayonda yaşayan Xocalı ailələrinin üzvlərinə ehsan verildi və rayon İcra Hakimiyyəti tərəfindən maddi yardımlar da göstərildi.