8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi
06 mart 2015-ci il tarixdə Ucar rayonunda “Ağ çiçəyim” şadlıq sarayında 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarının qadınlarının, veteran qadınların, şəhid ailələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov təbrik nitqi söylədi.
Təbrik nitqində cənab Mənsur Məmmədov Azərbaycan qadınının adının həmişə uca tutulmasından, respublikamızın bütün sahələrində qadınlarımızın həmişə ön sıralarda olmasından, o cümlədən həkimlərin 62 faizinin, elmi işçilərin 50 faizinin, doktorantların 40 faizinin, elmlər doktoru alanların 33 faizinin, elmlər namizədi alanların 17 faizinin, akademiklərdən 3 nəfəriin, müxbir üzvlərdən 2 nəfərinin, Milli Məclisin üzvlərindən 20 nəfəriin, rayonumuz üzrə 84095 nəfər əhalinin 42004 nəfərinin, bağça müdirlərinin 22 nəfərinin, məktəb direktorlarının 14 nəfərinin, məktəbdənkənar müəssisələrin 2 nəfərinin, Tərəqqi medalı alan 5 nəfər müəllimin, dövlət qulluqçusu medalı alan 2 nəfərin qabaqcıl qadınlar sırasında olmasından danışdı.
Sonra Mənsur Məmmədov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik etdi, onlara uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzuladı və tədbirdə iştirak edən bütün qadınlara gül və hədiyyələr təqdim olundu.
Tədbir rayonun mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə davam etdi.