Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında yeni gətirilmiş kombaynın təqdimat mərasimi keçirilmişdir

13 mart 2015 | 16:00

13 mart 2015-ci il tarixində Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 145 ədəd kombaynın təqdimat mərasimi keçirilmişdir. Onlardan 65 ədədi Belçika istehsalı olan “New Holland”, 50 ədədi Almaniya istehsalı olan CLASS və 30 ədədi Finlandiya istehsalı olan “Sampo” kombaynlarıdır.

Respublikanın 30 rayonundan sahibkarların iştirak etdiyi tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilmişdir.

Fermer və sahibkarlarla görüşən nazir Heydər Əsədov bildirmişdir ki, bu gün respublikamıza Avropanın ən müasir kənd təsərrüfatı texnikaları gətirilir. Bu tədbirlərin həyata keçirilməsi ölkə başçısının kənd təsərrüfatı istehsalçılarına göstərdiyi diqqət və qayğının təzahürüdür.

Nazir qeyd etmişdir ki, yaxın günlərdə ixtisaslaşdırılmış texnikaların gətirilməsi də nəzərdə tutulur. Bu tipli texnikaların ölkəmizə gətirilməsi fermer və sahibkarların arzu və istəkləri nəzərə alınaraq həyata keçirilir. Texnikaların sənədləri fermerlərə bir pəncərə prinsipi əsasında yerindəcə istifadəçilərə təqdim edilir ki, bu da fermerlərin texnikanı qısa zamanda əldə etməsinə imkan verir

Tədbirdə 17 nəfər istifadəçiyə 3 adda 19 ədəd texnika lizinq yolui ilə verilmişdir.

Tədbirin sonunda nazir Ucar Rayonlararası Təchizat Bazasında 2014-2015-ci illərdə respublikamıza gətirilmiş mineral gübrələrin saxlanma şəraiti və ehtiyat hissələri anbarı ilə də tanış oldu.

Keçidlər