Allahverdi Səfiyevin şəhid olmasının ildönümü ilə əlaqədar məzarı ziyarət olundu
28 sentyabr 2026 | 13:11
28 sentyabr 2026-cı il tarixdə 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı zamanı şəhid olan Səfiyev Allahverdi Səfi oğlunun ildönümü ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayon ziyalıları, rayon məktəbliləri, rayon ictimaiyyəti rayonun Bağban kəndində yerləşən məzarını ziyarət edərək qəhrəman şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər, ailəsinə səbr diləyiblər.






