Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yanvar ayının 23-də Ucar rayonunda Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib
23 yanvar 2026-cı il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Ucar rayonunda vətəndaşların müraciətlərini dinləyib.
Qəbuldan əvvəl nazir və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Ümummilli Lider Heydər Əliyevin Ucar şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilən qəbulda sədr Ucar, Zərdab, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Sonra Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.






