Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda yerləşən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına dövlət qulluğunda prioritet istiqamətlər üzrə təlimlər keçirilmişdir

15 dekabr 2023 | 16:10

          13-15 dekabr 2023-cü il tarixlərdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda yerləşən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına dövlət qulluğunda prioritet istiqamətlər üzrə təlimlər keçirilmişdir.

          Ucar rayonunda dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına dövlət qulluğunda prioritet istiqamətlər üzrə 13 dekabr 2023-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Cəərçiyev Cavid İbrahim oğlu Dövlətin əsasları: Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik mövzusunda, 14 dekabr 2023-cü il tarixdə Əhmədli Gündüz Həsən oğlu Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə: Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları mövzusunda, 15 dekabr 2023-cü il tarixdə Məmmədova Sevinc Rasim qızı Münaqişələrin idarə edilməsi: Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik mövzusunda təlimlər keçirilmişdir.

          Təlimdə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə (kompetensiya) modelinin tətbiqi nəticəsində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində effektivliyin artırılması, rəhbər vəzifəli şəxslərin idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi sahəsində biliklərinin artırılması mövzusunda müxtəlif fikir mübadiləsi, müzakirələr aparılmış, təlim keçən əməkdaşlar dövlət qulluğunda çalışan əməkdaşlar tərəfindən verilən sualları ətraflı cavablandırmışlar. İştirakçılar təlimdən yararlanmış və onlar belə təlimlərin davamlı olaraq keçirilməsi təklifini irəli sürmüşlər.

Keçidlər