Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamının icrasına dəstək olaraq Ucar rayonunda çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı çəltik istehsalçılarının nümayəndələri tərəfindən çəltik istehsalçıları birliyinin təsis yığıncağı keçirilmişdir.
05 iyun 2026-cı il tarixdə Ucar rayonu İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamının icrasına dəstək olaraq Ucar rayonunda çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı çəltik istehsalçılarının nümayəndələri tərəfindən çəltik istehsalçıları birliyinin təsis yığıncağı keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov, Aparatın məsul əməkdaşları, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti üzrə idarə müəssisə və təşkilat rəhbərləri, həmçinin çəltik istehsalçıları iştirak etmişlər.
Təsis yığıncağının iştirakçıları çəltik istehsalçılarının ictimai birliyini yaradaraq, yekdilliklə birliyin sədri vəzifəsinə "AGRO MAKRO" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Həmidov Seymur Yasəf oğlunu seçmişdir.
Çəltik istehsalçıları yekdilliklə qərar qəbul etmişlər ki, rayonda çəltik əkini sahələrinin 2000 hektardan 3000 hektara, məhsuldarlığın 34,4 sentnerdən 40 sentnerə çatdırsınlar.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün 2,8-3 milyon manat investisiya yatırılması, ölkənin özünütəminetmə ehtiyaclarının təxminən 9 faizinin Ucar çəltikçiləri tərəfindən qarşılanması hədəflənmişdir.






