Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Ucar rayonunda vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 5 sentyabr 2024-cü il tarixində Ucar Gənclər Mərkəzində Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.