Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ucar rayonunda həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sektorun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi vəzifələr Ucar rayonunda da ardıcıl şəkildə icra olunur.
10 sentyabr 2026-cı ildə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov rayon ərazisində fəaliyyət göstərən aqrar emal müəssisələrinə, çəltik sahələrinə, yeni intensiv meyvə bağlarına baxış keçirmişlər.
Müəssisələrin mövcud fəaliyyəti, istehsal imkanları, məhsuldarlığın artırılması, daxili bazarın yerli məhsullarla təminatında rolu və fəaliyyətinin gələcəkdə genişləndirilməsi, rayonun özünütəminetmə səviyyəsinin yüksəldilməsi istiqamətində görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.
Sahibkarların və fermerlərin təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən aqrar sektorun inkişafına göstərilən dəstək, tətbiq olunan subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmləri kənd təsərrüfatı istehsalının genişləndirilməsinə, yeni təsərrüfatların yaradılmasına və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verdiyi qeyd edilmişdir. Sahibkarların problemlərinin dinlənilməsi, təşəbbüslərinin dəstəklənməsi, onların müraciətlərinin operativ şəkildə araşdırılması və aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılacağı bildirilmişdir.






