Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşmüş Cəlilov Azad Sabir oğlu Ucar rayonunun Alpout kənd qəbirstanlığında dəfn edilib

19 fevral 2026 | 16:48

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Cəlilov Azad Sabir oğlu Ucar rayonunun Alpout kənd qəbirstanlığında dəfn edilib.

Dəfndə Ucar Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, din xadimləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Ucar RİH-nin başçısı Mənsur Məmmədov üçrəngli Azərbaycan bayrağını şəhidin qardaşı Mayis Cəlilova təqdim edib.

          Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər