Birinci Qarabağ müharibəsində itkin düşmüş Şəhid Musayev Dəyanət Salik oğlu Ucar rayonunun Boyat kənd qəbirstanlığında dəfn edilib
03 iyul 2026 | 14:13
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şəhid Musayev Dəyanət Salik oğlu Ucar rayonunun Boyat kənd qəbirstanlığında dəfn edilib.
Dəfndə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Ucar RİH-nin başçısı Mənsur Məmmədov üçrəngli Azərbaycan bayrağını şəhidin qardaşı Əlikram Musayevə təqdim edib.
Allah şəhidlərimizə rəhmət eləsin!






