Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin İdarə Heyətinin sədri Nigar Alimova fevral ayının 6-da Ucar rayonunda Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib

06 fevral 2026 | 17:16

          Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Ucar rayonunda fevral ayının 6-da Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edib.

          Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.

          Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

          Qəbulda 19 vətəndaşın müraciəti dinlənilib.

Keçidlər