Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol üzrə Ucar rayon birinciliyinin bağlanış mərasimi keçirildi

10 iyul 2022 | 21:56

           10 iyul 2022-ci il tarixində Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin stadionunda Ucar Rayon İcra Hakimiyyəti, Ucar Rayon Gənclər və İdman İdarəsi, Ucar Rayon Gənclər Evinin SXM-nin birgə təşkilatçılığı və “Mərcan” broylerin sponsorluğu ilə Ucar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyinin bağlanış mərasimi keçirilib.

           Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra isə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

           Gərgin mübarizə şəraitində keçən 2:1 hesablı final matçı "Azgold" komandasının qələbəsi ilə başa çatıb.

           Oyun bitdikdən sonra mükafatlandırılma mərasimi keçirilib. Hakimlər heyəti, bir sıra məşqçilər və oyunçular fəxri fərmanlarla təltif olunub. Rayon birinciliyində I, II və III yerə layiq görülmüş komandaların üzvləri isə medal və hədiyyələrlə mükafatlandırılıb.

           Kubok şəhid Kərim Əliyevin qardaşı Rüstəm Əliyev tərəfindən qalib "Azgold" komandasına təqdim edilib.

           Rayon birinciliyinin yekun nəticəsi:

           I yer – Azgold komandası

           II yer – Qazıqumlaq bələdiyyəsinin komandası

           III yer – Polis komandası

Keçidlər