Gənclərin ictimai fəallığının artırılması, onların idarəçilik sahəsində praktiki bilik və bacarıqlarının formalaşdırılması, təşəbbüskarlığının və sosial məsuliyyət hissinin inkişaf etdirilməsi məqsədilə Ucar Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətin təşkili həyata keçirilir
Könüllülər Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olur, müxtəlif təşkilati və ictimai tədbirlərin hazırlanması və keçirilməsində iştirak edir, sənədlərlə iş, vətəndaş müraciətlərinin qəbulu və digər iş proseslərinin təşkilində təcrübə əldə edirlər.
Könüllü fəaliyyət gənclərə dövlət idarəçiliyi ilə bağlı ilkin praktiki təcrübə qazanmaq, yeni biliklər əldə etmək, kollektivdə işləmək və öz bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Eyni zamanda, bu fəaliyyət gənclərin cəmiyyətin ictimai həyatında daha fəal iştirakına və gələcək peşə fəaliyyətlərinə hazırlanmasına mühüm töhfə verir.
Bu istiqamətdə 10 iyul 2026 – 09 sentyabr 2026-cı il tarixlərində Ucar Rayon İcra Hakimiyyətində təşkil olunan könüllü fəaliyyətində Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsinin tələbəsi Əliyeva Nəzrin Məhəmməd qızı uğurla iştirak etmiş və ona Ucar Rayon İcra Hakimiyyəti tərəfindən verilən sertifikat təqdim olunmuşdur. Hazırda Rüstəmov Nuru Qurban oğlu və Rüstəmova Nərmin Qurban qızı Ucar Rayon İcra Hakimiyyətində təşkil olunan könüllü fəaliyyətində yaxından iştirak edirlər.
Rayon İcra Hakimiyyəti gənclərin potensialının üzə çıxarılmasına, onların ictimai proseslərdə fəal iştirakının dəstəklənməsinə və könüllülük dəyərlərinin təşviqinə xüsusi əhəmiyyət verir.






