Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu Ucar rayonunun Rəstəcə kəndində yeni inşa olunan 180 yerlik məktəb binasını istifadəyə verib

16 sentyabr 2023 | 15:23

         1963-cü ildə inşa olunmuş Ucar rayonunun Rəstəcə kənd tam orta məktəbi ötən müddət ərzində köhnəldiyindən Heydər Əliyev Fondu yeni təhsil ocağının inşasını həyata keçirib.

         Məktəbin istifadəyə verilməsi ilə bağlı tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nərminə Hüseynova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, şəhid ailələri, qazilər və məktəb kollektivi iştirak ediblər.

         Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində gördüyü işlər nəticəsində inşa olunan iki mərtəbə və üç korpusdan ibarət məktəb 180 şagird yerlikdir.

         Burada şagirdlərin yeni bilik və bacarıqlara yiyələnmələri üçün zəruri şərait yaradılıb.

         Məktəb mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Həyətyanı sahədə görülən abadlıq və yaşıllaşdırma işləri ilə yanaşı, açıq idman meydançası da qurulub.

        Qeyd edək ki, yeni inşa olunmuş Rəstəcə kənd tam orta məktəbində 165 şagirdin təhsili ilə 25 müəllim məşğul olur.

Keçidlər