Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində Ucar rayonunda keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif müsabiqələrin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir təşkil olunub

19 dekabr 2023 | 12:48

          19 dekabr 2023-cü il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Ucar rayonunda keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif müsabiqələrin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir təşkil olunub.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-il “Heydər Əliyev İli” elan edilmişdir. Respublikamızın hər yerində olduğu kimi, Ucar rayonunda da il ərzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş elmi-praktiki konfranslar, yaradıcılıq festivalları və müxtəlif müsabiqələr təşkil edilmişdir.

          Həmçinin Ucar Rayon İcra Hakimiyyəti Başçısı çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.

          Tədbirin sonunda “Heydər Əliyev İli” çərçivəsində Ucar rayonunda keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif müsabiqələrin qaliblərinə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim edildi.

Keçidlər