Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin İdarə Heyətinin sədri Nigar Alimova Ucar raynunda vətəndaş qəbulu keçirib

13 sentyabr 2024 | 19:58

          İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Ucar rayonunda Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarından olan sakinləri qəbul edib.

          Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, mülkiyyətçilərə onlara məxsus torpaqların naturada (yerində) tanıdılması, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.

          Qəbul zamanı qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, qanunvericiliyin tələbləri izah olunub.

          Qəbulda 67 vətəndaş iştirak edib.

Keçidlər