İşçi qrupunun təşəbbüsü ilə Ucar rayonunda tədbir keçirildi
17 noyabr 2022-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi qrupunun təşəbbüsü ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun imzası ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olmuş 11 mart 2022-ci il tarixli, 10 nömrəli protokolun 12-ci bəndinin icra vəziyyətinin yoxlanılması və qiymətləndirilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, İşçi qrupunun baş məsləhətçisi Şahin İsmayılov və “Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın sədri və üzvləri iştirak etmişlər. Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmış, iclasda komissiyanın sədri Əliş Cəbrayılov və üzvləri çıxışlar edərək görülmüş işlər barədə ətraflı məlumatlar verilmişdir. Çıxışlardan sonra görülmüş işlər araşdırılaraq qiymətləndirilmiş və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov qarşıda duran vəzifələr və 11 mart 2022-ci il tarixli, 10 nömrəli protokolun 12-ci bəndinin mütəmadi olaraq icra edilməsi barədə Rayon komissiyasına və əlaqədar dövlət qurumlarının nümayəndələrinə tapşırıq və tövsiyələr vermişdir.