Şriftin ölçüsü :

Saytın rəngi :

İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin 3-cü şöbəsinin şəxsi heyəti Ucar rayonu “Heydər Əliyev” mərkəzində olublar

03 mart 2023 | 16:43

          Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin 3-cü (Ucar) şöbəsinin şəxsi heyəti ümumilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının “100 illiyi” münasibəti ilə Ucar şəhərinin mərkəzi meydanında ucalan abidəni ziyarət edərək, abidə önünə gül dəstələri düzüb unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər.

          Daha sonra şəxsi heyət “Heydər Əliyev” mərkəzində ulu öndərin həyat fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşlarının ümumilli liderin ömür yolunu əks etdirən fotoşəkillər əsasında verdikləri məlumatlar şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər