Ucar Gənclər Mərkəzində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş dəyirmi masa təşkil edilmişdir
09 iyul 2025 | 12:08
Rayon İcra Hakimiyyəti Ucar Gənclər Mərkəzində 09 iyul 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş maarifləndirici tədbir keçirmişdir.Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov, Ucar Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Ucar Rayon Mərkəzi Kitabxana Sisteminin Qazıqumlaq kənd filalının müdiri Aysel Hətəmova və Ucar Gənclər Mərkəzinin metodisti Sonaxanım İsmayılova mövzu ətrafında çıxış etdilər.






