Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar raynunda “Narkomaniyaya yox deyək”, “Dini radikalizm” və “Erkən nikahlar” mövzusunda marifləndirici tədbir keçirilib

13 may 2022 | 14:41

Ucar rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının iş planına əsasən 13 may 2022 ci il tarixdə Ucar rayon Polis Şöbəsinin, rayon Komissiyasının təşkilatçılığı ilə əlaqədar təşkilatlarla birlikdə Ucar rayonu, Qazıqumlaq kənd  1 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Dini radikalizm” və “Erkən nikahlar” mövzularında marifləndirici tədbir keçirilmişdir.

Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, məktəbin müəllim və şagirdləri bu sahədə marifləndirilmişlər. Tədbirin sonunda fəal şagirdlər Ucar rayon Polis şöbəsi tərəfindən mükafatlandırılmışdır.

Keçidlər