Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Alpı kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Məişət zorakılığının qarşısının alınması”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir

27 fevral 2025 | 15:16

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Alpı kənd tam orta məktəbində 27 fevral 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Məişət zorakılığının qarşısının alınması”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri” və “Dini radikalizm” mövzuları ilə bağlı şagirdlər maarifləndirilmişdir.

          Tədbir iştirakçılarına ölkəmizdə bu sahədə aparılan işlər və mövzulara uyğun məlumatlar verilmişdir. Tədbirdə müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər