Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Alpı kənd tam orta ümumtəhsil məktəbində 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

04 iyun 2026 | 14:24

          04 iyun 2026-cı il tarixində Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkillatçılığı ilə “26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və zərərli vərdişlərə yox deyək” mövzusunda Ucar rayonunun Alpı kənd tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri iştirak etmişlər.

          Tədbirdə mövzulara uyğun çıxışlar edilmiş, gənclərin və yeniyetmələrin narkotiklərdən və zərərli vərdişlərdən qorunması ilə bağlı müəllim və şagirdlər maarifləndirilmişdir. Müəllim və şagirdlərlə mövzuya uyğun diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər