Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Alpout kənd 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmalarının və baxımsızlığının qarşısının alınması”, “Dini radikalizm” və “Erkən və qohumlararası nikahların mənfi nəticələri” mövzularında maarifləndirici tədbir keçirilmişdir

11 aprel 2025 | 14:08

          Ucar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölməsi və Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektoru ilə birlikdə Ucar rayonu Alpout kənd 2 nömrəli tam orta məktəbində 11 aprel 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölməsi və Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmalarının və baxımsızlığının qarşısının alınması”, “Dini radikalizm” və “Erkən və qohumlararası nikahların mənfi nəticələri” mövzuları ilə bağlı şagirdlər maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər