Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Bərgüşad kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Qız uşaqların təhsildən yayınmaması” və “Övladlarımızı zərərli vərdişlərdən qoruyaq” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

30 oktyabr 2026 | 17:13

         30 oktyabr 2026-cı il tarixində Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə 20 oktyabr – 20 noyabr tarixləri arasında “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Qız uşaqların təhsildən yayınmaması” və “Övladlarımızı zərərli vərdişlərdən qoruyaq” mövzularında Ucar rayon Bərgüşad kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilmişdir.

         Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin və Ucar rayonu üzrə Gənclər və İdman sektorunun məsul əməkdaşları iştirak etmişlər.

         Tədbirdə mövzulara uyğun çıxışlar edilmiş, uşaqların hüquq və vəzifələri ilə bağlı şagirdlər maarifləndirilmişdir. Müəllim və şagirdlərlə mövzuya uyğun diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər