Ucar rayon Boyat kənd tam orta ümumtəhsil məktəbində 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və zərərli vərdişlərə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası”nın və Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkillatçılığı ilə 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və zərərli vərdişlərə yox deyək” mövzusunda Ucar rayon Boyat kənd tam orta ümumtəhsil məktəbində 03 iyun 2026-cı il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Boyat bələdiyyəsinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri iştirak etmişlər.
Tədbirdə mövzulara uyğun çıxışlar edilmiş gənclərin və yeniyetmələrin narkotiklər və zərərli vərdişlərdən qorunması ilə bağlı müəllim və şagirdlər maarifləndirilmişdir. Tədbirdə müəllim və şagirdlərlə mövzuya uyğun diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.
Tədbirin sonunda Ucar Rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Boyat bələdiyyəsinin və məktəb şagirdlərinin hazırladıqları foto şəkillərə və əyani vəsaitlərə baxış keçirilmiş və bu sahədə işlərin davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.






