Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Əlikənd kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmalarının və baxımsızlığının qarşısının alınması”, “Dini radikalizm” və “Erkən və qohumlararası nikahların mənfi nəticələri” mövzularında maarifləndirici tədbir keçirilmişdir

06 dekabr 2024 | 14:46

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Əlikənd kənd tam orta məktəbində 06 dekabr 2024-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmalarının və baxımsızlığının qarşısının alınması”, “Dini radikalizm” və “Erkən və qohumlararası nikahların mənfi nəticələri” mövzuları ilə bağlı şagirdlər maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər