Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilmişdir

24 iyun 2025 | 12:23

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 24 iyun 2025-ci il tarixdə Ucar Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında 26 iyun–“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə narkotik vasitələrin istifadəsi, narkomaniya və narkomanlığa qarşı mübarizə psixotrop maddələrdən istifadə hallarının qarşısının alınması, vətəndaşların eləcə də gənclərin bu cür hallardan çəkindirilməsi ilə bağlı Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri, rayon komissiyasının katibi Xəyyam Səmədzadə, Ucar Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Səməd Əliyev, Ucar Rayon Məhkəməsinin sədr köməkçisi Seyfəddin Məmmədov, Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional Bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov çıxışlar edərək narkotik vasitələrdən istifadənin insan sağlamlığına vurduğu ziyanlar gənc və yeniyetmələr arasında marrifləndirmə işləri və rayon ərazisində qeydiyyatda olan narkomanlar, eləcə də baş vermiş cinayət hadisələri barədə tədbir iştirakçılarına məlumatlar vermişlər. Tədbir iştirakçıları ölkəmizdə bu sahədə qəbul edilmiş dövlət proqramları və qanunvericilik aktları haqqında geniş məlumatlandırılmış və Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar və 26 iyun–“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir iştirakçıları maarifləndirilərək onlarla diskussiyalar aparılmış və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Keçidlər