Ucar Rayon Heydər Əliyev Mərkəzində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı maarifləndirmə tədbiri keçirildi
Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə 24 iyun 2025-ci il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında Heydər Əliyev Mərkəzinin, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin və Ucar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ucar Rayon İcra Hakimiyyətinin, Rayon Komissiyasının, Ucar Rayon Polis Şöbəsinin, Ucar Rayon Məhkəməsinin, Ucar Rayon Gənclər və İdman Sektorunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional Bölməsinin məsul şəxslərinin iştirakı ilə “Korrupsiyaya yox deyək” və “İş təcrübəsində korrupsiya risklərinin minimuma endirilməsi” mövzularında maarifləndirmə tədbirləri keçirilmişdir.
Keçirilən tədbirdə Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Ucar Rayon Mədəniyyət Mərkəzinin direktoru Tacəddin Mehdizadə, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi Xəyyam Səmədzadə, Ucar Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Səməd Əliyev, Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional Bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin elmi əməkdaşı Vəfa Hüseynova çıxışlar edərək mədəniyyət müəssisələrində və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması, korrupsiya risklərinin minimuma endirilməsi əhali arasında korrupsiya hüquqpozmaları ilə bağlı ictimai müzakirələrin aparılaraq korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların, bukletlərin hazırlanaraq geniş yayılmasının təşviq edilməsi barədə iştirakçılara məlumatlar verilmişdir. İl ərzində rayon ərazisində bələdiyyələrin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerlərdə fəaliyyət göstərən dövlət qurumlarının iştirakları ilə korrupsiya və rüşvətxorluğa qarşı maarifləndirmə işlərinin davam etdirilməsi, bu sahəyə ictimai nəzarətin artırılmasının vacib olduğu qeyd olunmuşdur. Tədbirin sonunda iştirakçılarla korrupsiyaya qarşı mübarizə ilə bağlı geniş diskussiyalar aparılmış və videoçarx nümayiş etdirilmişdir.