Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında 2026-cı il ərzində birinci rübündə vətəndaşların qəbulu, təklif, ərizə və şikayət məktublarına baxılması, səyyarı qəbullarda qaldırılan problemlərin icrası sahəsində görülmüş işlərə həsr olunmuş Şura iclası keçirilmişdir
09 aprel 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında 2026-cı ilin birinci rübündə vətəndaşların qəbulu, təklif, ərizə və şikayət məktublarına baxılması, səyyarı qəbullarda qaldırılan problemlərin icrası sahəsində görülmüş işlərə həsr olunmuş Şura iclası keçirilmişdir.
Şura iclasında Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, idarə müəssisə və təşkilat rəhbərləri iştirak etmişdirlər.
Şura iclasında müraciətlərə baxılması sahəsində buraxılmış nöqsanların aradan qaldırılması, əhalini narahat edən sosial problemlərin öyrənilməsi, onların həlli, vətəndaşlar tərəfindən qaldırılan məsələlərə dərhal reaksiya verilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinə tövsiyələr verilmiş və icrasının nəzarətdə saxlanılması barədə qərar qəbul edilmişdir.






