Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 06 mart 2026-cı il tarixdə Qarabörk kəndində səyyar qəbul keçirib
06 mart 2026 | 14:28
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 06 mart 2026-cı il tarixdə rayonun Qarabörk kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Qarabörk, Rəstəcə və Gəraybəyli kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.






