Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 07 avqust 2024-cü il tarixdə Qazıqumlaq kəndində səyyar qəbulu keçirilmişdir
07 avqust 2024 | 13:51
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 07 avqust 2024-cü il tarixdə Qazıqumlaq kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Qazıqumlaq və Məlikballı kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.