Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 07 noyabr 2023-cü il tarixdə Qaracallı kəndində səyyar qəbul keçirib
07 noyabr 2023 | 16:27
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 07 noyabr 2023-cü il tarixdə rayonun Qaracallı kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Pirkənd, Küçəkənd və Qaracallı kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.