Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 10 iyul 2024-cü il tarixdə Təzə Şilyan kəndində səyyar qəbul keçirib
10 iyul 2024 | 15:58
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 10 iyul 2024-cü il tarixdə rayonun Təzə Şilyan (Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Müsüslü və Təzə Şilyan kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.