Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 11 mart 2026-cı il tarixdə Müsüslü kəndində səyyar qəbul keçirib
11 mart 2026 | 14:24
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 11 mart 2026-cı il tarixdə rayonun Müsüslü kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Müsüslü və Təzə Şilyan kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.






