Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 12 fevral 2025-ci il tarixdə Yuxarı Çiyni kəndində səyyar qəbul keçirib
12 fevral 2025 | 16:13
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 12 fevral 2025-ci il tarixdə rayonun Yuxarı Çiyni kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Ənvər Məmmədxanlı, Yuxarı Çiyni və Türkəci kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.