Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 14 fevral 2024-cü il tarixdə Lək kəndində səyyar qəbul keçirib
14 fevral 2024 | 14:36
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 14 fevral 2024-cü il tarixdə rayonun Lək kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Lək kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.